Azərbaycan Basketbol Liqası: "Sərhədçi" NTD-yə uduzub

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" NTD-yə uduzub

Azərbaycan Basketbol Liqasında (ABL) XV tura start verilib.

Açılış oyununda "Sərhədçi" və NTD komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb - 79:78.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Zirvə Astara"nı, "AAAF Xırdalan" "Neftçi İK"nı, "Gəncə" isə "Olimpik Şəki"ni sınağa çəkəcək. Görüşlər 28-29 yanvarda oynanılacaq.

Cebhe.info