Azərbaycan çempionu Cəbəllüttariqə yollandı - FOTOLAR

Azərbaycan çempionu Cəbəllüttariqə yollandı - FOTOLAR

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"la oyun üçün Cəbəllüttariqə yollanıb.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, ağdamlılar avrokuboklarda mövsümün ilk matçına iyulun 23-də çıxacaqlar.

"Linkoln"la cavab qarşılaşması iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, "Linkoln" Çempionlar Liqasının I təsnifat mərhələsində Malta klubu "Hamrun"la qarşılaşıb. İki qarşılaşmanın nəticəsinə görə ümumi hesab 1:1 olduğu üçün penaltilər seriyasına ehtiyac duyulub. "Linkoln" burada 5:4 hesabı ilə qələbə qazanıb.

"Cebheinfo.az"