Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qolunu 54-cü dəqiqədə Rəhim Sadıxov vurub.

Cavab matçı dekabrın 20-də baş tutacaq. Günün digər görüşündə "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. "Kəpəz" "Turan Tovuz"u, "Səbail" isə "Sabah"ı qəbul edəcək.

Cebhe.info