Azərbaycan millisi finala yüksəlib

Azərbaycan millisi finala yüksəlib

Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.

"Cebhe.info"nun məlumatına görə, təmsilçilərimiz əvvəlcə yer aldıqları B qrupunu birinci pillədə başa vurublar.

Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə (4:2) qazanıb.

Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.

"Cebhe.info"