Azərbaycanın daha iki güləşçisi Tatarıstanda medal qazanıb

Azərbaycan qadın güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında bu gün 2 medal qazanıblar.
Qadın güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.
"Cebhe.info"