Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində bürünc medal qazanıb.

57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.

Cebhe.info