Azərbaycanlı qılıncoynadan İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanlı qılıncoynadan İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən " Örebro Masters - Nordic Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib.

Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

"Cebheinfo.az"