"Barselona" klubunun ilk xarici fanşopu Cənubi Qafqazda açılacaq

"Barselona" yaxın vaxtlarda ilk xarici mağazasını Cənubi Qafqazda - Gürcüstanda açacaq.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının verdiyi məlumata görə, lisenziyalaşdırma və merçendayzinq biznesinin inkişafı proqramı çərçivəsində üç klub mağazası açılacaq.
Onlardan birincisinin açılışı martın 29-da Tbilisidə (Gürcüstan) baş tutacaq. Qeyd olunur ki, Gürcüstanın paytaxtında yerləşən mağaza həm də "Barsa"nın ilk xarici mağazası olacaq. Aprelin 1-də Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma de Mallorka hava limanında açılacaq. Tədbirin yay aylarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Tbilisidəki mağazanın şəhərin tarixi mərkəzində yerləşəcəyi bildirilir.
"Cebheinfo.az"