"Barselona" "Yuventus"un yarımmüdafiəçisi ilə maraqlanır

İspaniyanın "Barselona" klubu İtaliya təmsilçisi "Yuventus"da çıxış edən Ueston Makkenni ilə maraqlanır.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı yarımmüdafiəçini yaxından izləyir.
Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. Lakin oyunçunun komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Bu da yaxın vaxtlarda onun başqa kluba keçidinə səbəb ola bilər.
Qeyd edək ki, Ueston Makkenni cari mövsüm "Yuventus"un heyətində bütün yarışlarda 28 matçda iştirak edib, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"