Bu idman növü üzrə Avropa çempionatı Bakıda keçiriləcək
![Bu idman növü üzrə Avropa çempionatı Bakıda keçiriləcək](/uploads/images/2024/12/720x400/1734076503420733819675be8571e19d.jpg)
Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.
II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıblar.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.
"Cebheinfo.az"