Cenk Tosun Yaponiyaya transfer oldu

Cenk Tosun Yaponiyaya transfer oldu

Türkiyənin "Fənərbağça" klubunda daha bir ayrılıq yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, Cenk Tosun İstanbul klubundan ayrılıb.

O, Yaponiyanın "Urava Red Diamonds" klubuna transfer olacaq. Yapon klubu ilə ilkin razılıq əldə edən, hətta müqaviləyə imza atan futbolçu irəliləyən saatlarda Yaponiyaya uçacaq.

Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm "Fənərbağça"da meydana çıxdığı 17 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Elmir
"Cebheinfo.az"