Ərdoğan Bakıda medal qazanan idmançıları təbrik etdi

Ərdoğan Bakıda medal qazanan idmançıları təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında 3 qızıl və 3 bürünc medal qazanan milli komandanın üzvlərini təbrik edib.

Cebhe.info xəbər verir ki, bununla bağlı sosial media hesablarında paylaşım edən Ərdoğan qadın və kişilərdən ibarət Türkiyə Taekvondo millisinə təşəkkürünü bildirib.

Paylaşımda qızıl və bürünc medal qazanan idmançıların adları və şəkilləri də yer alıb.

Cebhe.info