Erlinq Holann yeni rekorda imza atıb
"Mançester Siti"nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hücumçu buna XI turda "Brayton"la oyunda fərqlənməklə nail olub.
23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb.
Qeyd edək ki, "Mançester Siti" səfərdə "Brayton"a uduzub - 1:2.
“Cebheinfo.az”