Haiti yığması Azərbaycana gəldi

Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq oyununda qarşılaşacaq Haiti yığması artıq Bakıdadır.
"Cebheinfo.az" xəbər verir ki, komanda martın 17-də axşam saatlarında Azərbaycana gəlib.
Haiti Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komanda artıq Azərbaycan millisi ilə oyunun hazırlığına başlayıb.
Xatırladaq ki, Azərbaycan - Haiti oyunu martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
"Cebheinfo.az"