İran futbolunun türkmən lideri Rusiya ilə oyundan imtina etdi

İran futbolunun türkmən lideri Rusiya ilə oyundan imtina etdi

İranın futbol üzrə milli komandasının liderlərindən biri, milliyyətcə türkmən olan Sərdar Azmun Rusiya və Keniya ilə yoldaşlıq oyunlarından imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

“Bayer”in iranlı hücumçusu milliyə çağırılıb, lakin o, komandanın olduğu yerə gəlməyəcəyini bildirərək, məşqçilər korpusundan və heyətdən üzr istəyib. Azmun bu qərarı şəxsi səbəblərlə əsaslandırıb.

Rusiya - İran oyunu martın 23-də Tehranda keçiriləcək. Beş gün sonra iranlılar Keniya yığması ilə qarşılaşacaq.

Azmun 2014-cü ildən İran millisində çıxış edir. Forvard millidə keçirdiyi 68 oyunda 41 qol vurub.

Xatırladaq ki, türkmənlər oğuz türklərinin qərb qolundandı.

Hazırda say baxımından daha çox İraqın Şimal əyalətlərində kompakt yaşayırlar (3 milyona yaxın). Tarixi aspektdən yanaşsaq, türkmənlərın böyük əksəriyyəti özlərini azərbaycanlı sayır.

Tarixən İraqda, Suriyada türklər yaşasa da, səlcuqların köçüylə qeyd olunan coğrafiyada sayları daha da artdı. Dövlətçilik tariximizdə xüsusi yer tutan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətinin inkişafında türkmənlərin xüsusi xidmətləri olub.

Tarixi nöqteyi-nəzərdən Qaraqoyunlu və Ağqoyunlu tayfalarının varisləridi. Türkmənlərlə azərbaycanlıların dili birdi. Hətta Türkiyə türkcəsiylə müqayisədə bizimlə fərqliliklər, demək olar ki, yoxdu.

Türkmənlər özlərini azərbaycanlı hesab edir.

Xəzər
Cebhe.info