İstanbul derbisi: Qonaq komandaya azarkeş qadağası

İstanbul derbisi: Qonaq komandaya azarkeş qadağası

Türkiyə Super Liqasının XXVII turunda keçiriləcək “Fənərbağça” - “Beşiktaş” matçına qonaq komandanın azarkeşləri buraxılmayacaq.

Bu qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib. İstanbul derbisində “Beşiktaş” azarkeşləri üçün nəzərdə tutulan biletlər də ev sahibi komandanın fanatlarına satılacaq.

Aprelin 2-də keçiriləcək “Fənərbağça” - “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Cebhe.info