İstanbul derbisini bu dəfə də əcnəbi hakimlər idarə edəcək

İstanbul derbisini bu dəfə də əcnəbi hakimlər idarə edəcək

Türkiyə Super Liqasında daha bir matçı əcnəbi hakimlər idarə edəcək.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, 28-ci tur çərçivəsində keçiriləcək “Beşiktaş” - “Qalatasaray” derbisi İrfan Pelitoya tapşırılıb.

Türkiyə Futbol Federasiyasının bununla bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət etdiyi bildirilib.

Martın 29-da baş tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” - “Fənərbaxça” görüşünü (0:0) sloveniyalı hakim Slavko Vinçiç idarə etmişdi.

"Cebheinfo.az"