İsveçrəli futbolçu ABŞ klubundan ayrılıb

İsveçrəli futbolçu ABŞ klubundan ayrılıb

ABŞ-nin “Çikaqo Fayr” klubu Cerdan Şakiri ilə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

32 yaşlı oyunçu 2022-ci ildən MLS-də çıxış edirdi. O, cari il meydana çıxdığı 12 oyunda 2 qol vurmağı bacarıb.

Qeyd edək ki, Şakiri ötən ay İsveçrə millisindəki karyerasını başa vurub.

"Cebheinfo.az"