İtaliyanın futbol üzrə çempionat "Yuventus" "Milan"ı məğlub edib

İtaliyanın futbol üzrə çempionat "Yuventus" "Milan"ı məğlub edib

Futbol üzrə İtaliya çempionatının XXI turunun Turində keçirilən matçında “Yuventus” ev oyununda “Milan”ı məğlub edib.

“Cebheinfo.az” xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

"Yuventus"un heyətindəa Samuel Mbanqula (59-cu dəqiqə) və Timoti Vea (64) fərqlənib.

Komandalar tarixdə 308-ci duelinə çıxıb, "Yuventus" 115-ci qələbəsini qazanıb. "Milan" 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib.

Qeyd edək ki, 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Yuventus" İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır. Komanda növbəti turda yanvarın 25-də səfərdə çempionatın lideri "Napoli" ilə qarşılaşacaq.

"Milan" isə məğlubiyyətsizlik seriyasına son qoyub. “Yuventus”la oyuna qədər milanlılar 5 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib. 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Milan" növbəti mərhələdə "Parma"nı qəbul edəcək.

“Cebheinfo.az”