“Liverpul” Trent Alexander-Arnoldu komandada saxlamağa çalışır

“Liverpul” daha bir futbolçusu ilə müqavilənin müddətini artırır.
"Qırmızılar” müdafiəçi Trent Alexander-Arnoldu komandada saxlamağa çalışır.
Mersisayd təmsilçisinin öz yetirməsi olan 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandaya cəlb olunub. İngiltərə millisinin əsas millisi ilə 20 matça çıxan futbolçu 2 qol da vurub.
Qeyd edək ki, Trentin Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Cebhe.info