"Mançester Yunayted" İtaliya klubunun təklifini rədd edib

"Mançester Yunayted" İtaliya klubunun təklifini rədd edib

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Meyson Qrinvud üçün İtaliya təmsilçisi "Latsio"nun göndərdiyi təklifi rədd edib.

Bu barədə yerli "The Sun" nəşri məlumat yayıb.

Daha əvvəl Roma komandasının 22 yaşlı hücumçu üçün "qırmızı-şeytanlar"a 20 milyon funt sterlinq təklif etməsi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, M.Qrinvud ötən mövsüm icarə əsasında İspaniyada "Xetafe"nin formasını geyinib. O, 36 matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebhe.info"