Mane uzunmüddətli zədədən sonra məşqlərə başladı

Mane uzunmüddətli zədədən sonra məşqlərə başladı

Almaniyanın “Bavariya” klubu və Seneqal millisinin hücumçusu Sadio Mane məşqlərə başlayıb.

Bu barədə “Bavariya” rəsmi saytında məlumat paylaşıb.

Bu gün Mane Münhen klubunun təlim-məşq bazasında bir neçə dövrə qaçıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu Qətərdəki dünya çempionatının başlamasına bir həftə qalmış sağ dizinin vətərindən zədə alıb və noyabrda əməliyyat olunub.

Mane “Bavariya”nın heyətində 23 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Cebhe.info