Mbappedən tarixi rekord

Mbappedən tarixi rekord

Fransa millisinin və “Real Madrid”in futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.

O, bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.

Qeyd edək ki, bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştiano Ronaldo isə 302 xal toplamışdı.

"Cebheinfo.az"