Messi PSJ-ni tərk edəcəyini açıqladı - YENİLƏNİB

Messi PSJ-ni tərk edəcəyini açıqladı - YENİLƏNİB

Lionel Messi PSJ-ni tərk edəcək.

Bu barədə argentinalı futbolçu özü açıqlama verib.

“PSJ-ni təmsil etmək fürsətim olduğu üçün xoşbəxtəm. Bu komandada, belə yaxşı oyunçularla oynamaq mənə çox xoş idi. Parisdəki möhtəşəm təcrübəyə görə kluba təşəkkür edirəm”, - deyə L.Messi söyləyib.

Messi 2021-ci ilin yayında “Barselona”dan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib. O, klubun heyətində bütün turnirlərdə 74 oyun keçirib, 32 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb. Messi PSJ-də iki dəfə Fransa çempionu olub, bir dəfə isə ölkə Super Kubokunu qazanıb.

15:57

PSJ ilə müqavilə müddəti başa çatacaq Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

“Əl-Hilal” argentinalı ulduzun transferində israrlıdır. Son məlumatlara görə, klub gələn həftənin əvvəlində keçidi tamamlamaq və iyunun 6-da transferi açıqlamaq niyyətindədir.

Daha əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye Liqa 1-in 38-ci turunda “Klermon”la qarşılaşmanın Messi üçün Paris klubunda sonuncu olacağını açıqlayıb. Ancaq klub daha sonra bu məlumatı təkzib edib.

Messinin xidmətində İspaniya “Barselona”sı və ABŞ “İnter Mayami”si də maraqlıdır.

Cebhe.info