Montella Türkiyə millisindən gedir?
Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın “Roma”ya keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Bu barədə TFF-nin vitse-prezidenti Ceyhun Kazancı açıqlama verib:
“Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən və məşqçimiz də bizdən razıdır. Məncə, məşqçimizin o istiqamətə meyli olmayacaq. “Roma” söhbətimizin mövzusu deyil”.
"Cebheinfo.az"