"Murov" və "Xarı bülbül" yarımfinal mərhələsinə qələbə ilə başlayıb

"Murov" və "Xarı bülbül" yarımfinal mərhələsinə qələbə ilə başlayıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Bu raundun ilk oyunlarında "Murov" MOİK-lə, "Xarı bülbül" komandası isə ilə "Neftçi"qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan hər iki görüşdə nominal meydan sahibləri qələbə qazanıblar. "Murov" rəqibini 3:0 (25:20, 25:18, 25:14), "Xarı bülbül" isə 3:1 (25:22, 25:17, 21:25, 25:19) hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarımfinal mərhələsi iki, final isə üç qələbəyə kimi oynanılacaq.

Cebhe.info