“Neftçi” Anderssonla yollarını ayırdı
“Neftçi” klubu idman direktoru Yens Anderssonla yollarını ayırıb.
"Cebheinfo.az" xəbər verir ki, müqaviləyə isveçli funksionerin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirib.
Yens Andersson ötən ilin sentyabrından “ağ-qaralar”da işləyirdi.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
"Cebheinfo.az"