"Neftçi"nin futbolçusu millinin düşərgəsindən ayrılacaq

"Neftçi"nin futbolçusu millinin düşərgəsindən ayrılacaq

"Neftçi"nin futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq.

AFFA-nın rəsmi saytı xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ görüşündə zədələnməsidir.

Matçın gedişində sıradan çıxan təcrübəli oyunçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də "Frends Arena"da baş tutacaq.

Cebhe.info