"Neftçi"nin kapitanı: "Ümidləri doğrultmadıq"

"Neftçi"nin kapitanı: "Ümidləri doğrultmadıq"

"Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq".

Bunu "Neftçi"nin kapitanı Emin Mahmudov şəxsi instaqram səhifəsində paylaşıb.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar"ın azarkeşləri hər zaman daha yaxşı nəticələrə layiqdirlər: "Mövsüm boyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasını 68 xalla 3-cü pillədə başa vuran "Neftçi" ölkə kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Cebhe.info