Polşalı döyüşçü Rafael Fiziyevi duelə çağırıb

Polşalı döyüşçü Rafael Fiziyevi duelə çağırıb

Polşalı UFC döyüşçüsü Mateuş Qamrot Azərbaycan təmsilçisi Rafael Fiziyevi duelə çağırıb.

33 yaşlı idmançı bununla bağlı özünün tviter səhifəsində paylaşım edib.

O, Fiziyevin "Avqustda boş olan rəqs partnyorları varmı?" tvitinə "Gəl, qardaş, sentyabrda 5 raundluq döyüş" cavabını yazıb.

Azərbaycan idmançısı isə buna "Sentyabr da olar. Amma mən 3 raunddan sonra yoruluram. Elə bilirdim ki, dostduq. 5 raund sənin nəyinə lazımdır" deyə reaksiya verib.

Qeyd edək ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ döyüşçüsü Castin Geyci ilə qarşılaşıb və ona uduzub.

Cebhe.info