"Qalatasaray" məhkəməyə verildi

"Qalatasaray" məhkəməyə verildi

"Qalatasaray"ın heyətinə qatdığı Derrik Köhnün transfer ödənişində gecikmə olduğu üçün Almaniyanın "Hannover" klubu məhkəməyə müraciət edib.

"Cebhe.info" xəbər verir ki, "Hannover"in baş meneceri Martin Kind bunu təsdiqləyib:

“Qalatasaray pulu ödəmədi, pul bizim hesabımızda deyil. Biz qanuni fəaliyyətə başlamışıq".

Məsələ ilə bağlı UEFA-nın da məlumatlandırıldığı bildirilib.

Naibə
"Cebhe.info"