“Qalatasaray” ulduz futbolçusu üçün 10 milyon istəyir – FOTO

“Qalatasaray” ulduz futbolçusu üçün 10 milyon istəyir – FOTO

Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçu ilə vidalaşa bilər.

“Cebhe.info” xəbər verir ki, İstanbul təmsilçisi Kərəm Aktürkoğlunun başqa komandaya transfer olmasına icazə verib.

Hazırda bir çox Avropa klubunun maraqlandığı ulduz futbolçu üçün “Qalatasaray”ın istədiyi məbləğ də bəlli olub. “Cim-Bom” Kərəmə görə ən azı 10 milyon avro tələb edir.

Bildirilib ki, bu təklifi verəcək klubla danışıqlar prosesi başlaya bilər.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm 50 oyunda meydana çıxıb. 

O, sözügedən matçlarda 15 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Elmir Mustafa
“Cebhe.info”