“Qalatasaray”ın ötən mövsümkü qazancı açıqlandı

“Qalatasaray”ın ötən mövsümkü qazancı açıqlandı

Türkiyənin “Qalatasaray” klubu inanılmaz bir rekorda imza atıb.

Cebhe.info xəbər verir ki, İstanbul klubu ötən mövsümkü qazancı ilə Türkiyə futbol tarixinə keçib.

Bu barədə klubun vitse-prezidenti Erdem Timur açıqlama verib.

O bildirib ki, “Qalatasaray” ötən mövsüm 218 milyon avro gəlir əldə edib:

“Bu, türk futbol tarixində bir ilkdir. Türk futbol tarixindən bundan yüksək gəlir əldə edən klub olmayıb. Bir öncəki sezon 79,9 milyon avro qazancımız olmuşdu. Bu sezon futbolçulara ödədiyimiz maaş qazancımızın 22,5 faizini təşkil edir. Bu isə tarixin ən aşağı göstəricisidir”.

Elmir 
Cebhe.info