"Qarabağ" rusiyalı qapıçı ilə anlaşa bilməyib, danışıqlar dayandırılıb

"Qarabağ" rusiyalı qapıçı ilə anlaşa bilməyib, danışıqlar dayandırılıb

"Qarabağ" Almaniyanın "Bayer" komandasında çıxış edən rusiyalı qapıçı Andrey Lunyovla anlaşa bilməyib.

Bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel "Championat" nəşrinə açıqlama verib. Türkiyəli funksioner danışıqların başa çatdığını bildirib.

"Köhlən atlar" əsas qolkiperi Şahruddin Məhəmmədəliyev əlindən ciddi zədə aldığı üçün qapı xəttinə yeni oyunçu axtarır.

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

Cebhe.info