"Qarabağ"dan ayrılan hücumçu Macarıstan klubu ilə müqavilə bağlayıb

"Qarabağ"dan ayrılan hücumçu Macarıstan klubu ilə müqavilə bağlayıb

"Qarabağ" qış fasiləsində daha bir futbolçusu ilə vidalaşıb.

Klubun rəsmi saytı xəbər verir ki, "köhlən atlar" qanalı hücumçu Kvabena Ovusu ilə yollarını ayırıb.

Əldə olunmuş razılığa əsasən, 26 yaşlı forvard Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borges Azərbaycan çempionunu Rusiya "Krasnodar"ına dəyişib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.

Cebhe.info