“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu İlkin Qırtımov zədələnib.

Müdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda ayağından xəsarət alıb.

Mübarizəni davam etdirə bilməyən 32 yaşlı müdafiəçi 62-ci dəqiqədə əvəzlənib. Onun yerinə Rövlan Muradov meydana daxil olub.

Qeyd edək ki, “Azersun Arena”da keçirilən görüşdə ikinci hissə oynanılır və hesab 1:1-dir.

Cebhe.info