"Sabah" icarə əsasında çıxış edən futbolçunu transfer edib

"Sabah" icarə əsasında çıxış edən futbolçunu transfer edib

Ötən mövsümü icarə əsasında "Sabah"da keçirən Kahim Parris paytaxt klubuna transfer olunub.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə əsasında Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə məxsus olan yamaykalı hücumçu ilə "Sabah" arasında 4 illik sözləşmə imzalanb.

Qeyd edək ki, Bakı klubunun heyətində 31 oyuna çıxan K.Parris 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Cebhe.info"