Şarl Lekler: "Bakı ən sevdiyim traslardan biridir"
Bu, ən sevdiyim traslardan biridir.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olması ilə bağlı danışarkən deyib.
Sürücü birinci sərbəst yürüşdə qəza törətdiyini xatırladıb: "Həftəsonu asan başlamadı. Amma mən özümə inanmağa davam etdim. Tempimizin yaxşı olduğunu bilirdim. Sıralama turunda ilk işim səddə toxunmamaq oldu. Bolid də əla idi".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
"Cebheinfo.az"