“Sumqayıt” “Şamaxı”ya, “Turan Tovuz” “Sabah”a qarşı

“Sumqayıt” “Şamaxı”ya, “Turan Tovuz” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” hazırda turnir cədvəlində 17 xalla 9-cu pillədədir. 22 xala malik “Sumqayıt” isə altıncıdır.

Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.

"Cebheinfo.az"