“Qarabağ”ın ÇL-dəki rəqibləri müəyyənləşdi

“Qarabağ”ın ÇL-dəki rəqibləri müəyyənləşdi

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bəlli olub.

"Cebhe.info" xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Ağdam klubu ilk görüşünə iyulun 23-24-də, cavab matçına isə 30-31-də çıxacaq. Təmsilçimiz ilk qarşılaşmasını səfərdə keçirəcək.

"Cebhe.info"