Yüksək Liqa: "Azərreyl" əzmkar, "Abşeron" asan qələbə qazanıb

Yüksək Liqa: "Azərreyl" əzmkar, "Abşeron" asan qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.

Bağlanış matçında UNEC komandası “Abşeron”la üz-üzə gəlib. Görüşdə qalib 3 hissədə müəyyənləşib. Famil Ağayevin komandası 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib - 3:0 (25:13, 25:13, 25:11).

II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov” 7 xalla ikinci, bir xal az toplayan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu sırada olan UNEC-in isə xalı yoxdur.

19:13

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.

IV turun açılış matçında "Murov" və "Azərreyl" komandaları üz-üzə gəliblər. Voleybol Mərkəzində baş tutan görüşdə ikincilər qələbə qazanıblar - 3:2 (22:25,25:15, 25:15, 30:32, 15:13)

Tura UNEC - “Abşeron” dueli ilə yekun vurulacaq.

Cebhe.info