Zabit Səmədov Gürcüstandakı soydaşlarımıza çağırış etdi

Tanınmış azərbaycanlı idmançı Zabit Səmədov Gürcüstandakı soydaşlarımıza çağırış edib.
"Cebheinfo.az" xəbər verir ki, o, soydaşlarımızdan parlament seçkilərində "Gürcü Arzusu" Partiyasına səs vermələrini istəyib.
"Son illər Azərbaycanla Gürcüstan bir-birinə daha yaxın olublar, ortaq maraqları bölüşürlər və bir- birinə daim dəstək verirlər. Təbii ki, bunda hər iki ölkənin rəhbərinin mövqeyi önəmli rol oynayır",-idmançı İnstaqram hesabında yazıb.
O qeyd edib ki, zaman keçdikcə hər iki dövlət arasında bu əlaqələrin daha sıx olacağına əmindir:
"İndi Gürcüstan ciddi seçim astanasındadır. Bundan sonra da Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam edəcəkmi? Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik. Bu sualların cavabı aydındır: Həmyerlilərimi qarşıdan gələn seçkilərdə "Gürcü arzusunu dəstəkləməyə və 41- ə səs verməyə çağırıram".
"Cebheinfo.az"