Zlatan İbrahimoviçdən sürpriz QƏRAR

Zlatan İbrahimoviçdən sürpriz QƏRAR

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç sürpriz qərarı ilə diqqət mərkəzinə düşüb.

Cebhe.info xəbər verir ki, 41 yaşlı futbolçu karyerasını davam etdirmək niyyətindədir.

O, 1 il daha futbol oynamaq istədiyini açıqlayıb:

"Futboldan imtina edəcək biri deyiləm. Gördüyüm işin nəticəsi olmalıdır və mən futbol oynamaqdan zövq alıram. Təqaüdə çıxmağı düşünmürəm və oynamağa davam etmək istəyirəm. Beynim o qədər güclüdür ki, hər dəfə dönəndə özümü "Supermen" kimi hiss edirəm, amma tarazlığı saxlamalıyam".

İbrahimoviç hələ ki, "Milan"la yeni müqavilə ilə bağlı razılaşmadıqlarını, amma boş kağıza belə imza ata biləcəyini deyib.

O, həmçinin gələn il keçiriləcək "AVRO-24"-də İsveç forması geyinməyi hədəflədiyini bildirib.

Qeyd edək ki, Zlatan İbrahimoviçlə İtaliyanın "Monza" klubu da maraqlanır.

Elmir Mustafa
Cebhe.info