Azərbaycanda dollar ucuzlaşdırılır: Müzakirə başladı

Azərbaycanda dollarının məzənnəsinin ucuzlaşdırılması ilə bağlı müzakirələr aparılır.
Cebhe.info-ya bu haqda müzakirələrin gedişindən xəbərdar olan məlumatlı mənbə məlumat verib.
Mənbə bildirib ki, müzakirələr əsas iki istiqamət üzrə aparılır.
“Müzakirələrdəki birinci istiqamətə görə, dolların manata nisbətdə məzənnəsi 1.65 manata endirilməlidir. Əsas müzakirə də bu istiqamətdə aparılır. İkinci versiya isə dolların manata nisbətdə 1.50-1.70 manat kooridorunda qismən üzən məzənnə sisteminə keçiddir. Bu versiya üzərində hələlik ciddi müzakirələr getmir, sadəcə təklif olaraq səsləndirilir”.
Qeyd edək ki, dolların manata qarşı məzənnəsi uzun illərdir 1.70 səviyyəsində sabit olaraq saxlanılır.
Vilayət Muxtar
Cebhe.info