Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar və ya 1,3 faiz artaraq 74,8 dollar olub.

Birjalarda digər markalardan olan neft də bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar artaraq 73,1 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,49 dollar təşkil edib.

"Cebheinfo.az"