Azərbaycanda balıq ovu artıb

Azərbaycanda balıq ovu artıb

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, 2024-cü ildə 275 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 7955,2 ton kvotaya qarşı 7946,2 ton balıq ovlanıb.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ovlanmış balığın 7499,5 tonu kilkə, 99,0 tonu kütüm, 75,0 tonu siyənək, 70,0 tonu kefal, 51,1 tonu külmə, 40,6 tonu dabanbalığı, 29,6 tonu çəki, 27,5 tonu çapaq, 17,2 tonu sıf, 7,0 tonu şamayı, 4,2 tonu naxa, 1,9 tonu qarasol, 1,6 tonu xəşəm, 1,8 tonu xərçəng, 20,2 tonu digər balıq növlərinin payına düşüb.

2024-cü ildə balıqçılar tərəfindən kvota üçün 389,9 min manat ödənilmişdir.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2024-cü ildə ilkin məlumata görə 67299 ton balıq ovlanmışdır ki, bu da 2023-cü ilə nisbətən 1,3 faiz çox olmuşdur.

"Cebheinfo.az"