Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-may ayları ilə müqayisədə 6,9 % artaraq 406,0 milyon manat təşkil edib.

"Cebhe.info"