Neft və qaz istehsalı suyun çirklənmə riskini artırır

Neft və qaz istehsalı suyun çirklənmə riskini artırır

Azərbaycanda neft və qaz istehsalı torpaqların keyfiyyətinin aşağı düşməsi və su ehtiyatlarının çirklənməsini artırır.

“APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.

Bundan başqa, hesabatda xüsusi olaraq vurğulanıb ki, torpağın rütubətinin azalması, səhralaşma, otlaqların normadan artıq istismar edilməsi otlaq sahələrinin keyfiyyətinin azalmasına gətirib çıxarıb:

“Yaranan bu problem nəticə etibarı ilə heyvandarlıq və aqrar istehsalı təmin etmək üçün imkanları azaldır”.

“Yolların, boru kəmərlərinin, digər infrastrukturların tikintisi bir çox hallarda biomüxtəlifliyin itirilməsinə səbəb olub”, - deyə hesabatda vurğulanıb.

Cebhe.info