Azərbaycanın məhsul ixracı artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 701,7 milyon ABŞ dolları dəyərində aqrar məhsul ixrac edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayı üzrə açıqladığı ilkin məlumatlarda qeyd edilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.
Dövr ərzində aqrar-sənaye məhsullarının ixracı illik 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub.
11 ayda bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.
"Cebheinfo.az"