Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 296,8 milyon manat təşkil edib.

"Cebhe.info" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 7,5 % çoxdur.

Bankların aktivlərinin 22 199,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,4 %-dən 45 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,3 % artaraq 43 144,4 milyon manata, o cümlədən depozit portfeli 6,1 % artaraq 34 995,4 milyon manata çatıb. Bunun 12 831,2 milyon manatı fiziki, 22 164,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı saitləri 9,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 4,1 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 4,6 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,7 % artaraq 6 152,4 milyon manat təşkil edib.

"Cebhe.info"